"Qızıl palma budağı" Keşişə qismət oldu

"Qızıl palma budağı" Keşişə qismət oldu
  27 May 2013    Oxunub:1785
Dünən 66-cı Kann kinofestivalı öz işini yekunlaşdırıb.
Bu il Stiven Spilberqin rəhbərlik etdiyi münsiflər heyəti olduqca orijinal qərar verib. "Qızıl palma budağı" üç yerə bölünüb. Əsas mükafata "Adelin həyatı" filminin rejissoru Əbdüllətif Keşiş və baş rol ifaçıları Adel Ekzarkopulos və Lea Seydu layiq görülüb.

Spilberqin rəhbərlik etdiyi on nəfərlik münsif heyəti iki həftə ərzində festivala qətdim olunan filmləri izləyib və bu dəfə münsiflərin seçimi çoxsaylı kinotənqidçi və jurnalistlərin seçimi ilə üst-üstə düşüb.

Fransız rejissor Əbdüllətif Keşişin iki qadının sevgisindən bəhs edən və kifayət qədər açıq səhnələri ilə müzakirələrə səbəb olan "Adelin həyatı" filmi dünya prokatına “Göy- ən isti rəng” adı ilə çıxarılacağı gözlənilir.

2013-cü il Kann festivalının ən yaxşı aktrisası iran rejissoru Əsgər Fərhadinin “Keçmiş” filmində canlandırdığı obraza görə Berenis Bejo layiq görülüb.

Kannın ən yaxşı aktyoru “Nebraska” filmindəki roluna görə amerikalı aktyor Bryus Dern seçilib.

Festivalın qran-prisi “Lyuin Devisin içində” filminin yaradıcıları Coel və İtan Koenlərə qismət olub. Bu dəfə Kann festivalının ən yaxşı rejissoru “Eli” kriminal dramına görə meksikalı Amar Eskalante olub. Ən yaxşı ssenari nominasiyasında “Günahın toxunuşu” filminin rejissoru Szyan Çjan Ke qalib gəlib. Münsiflərin xüsusi mükafatına Xirokadzu Koreedanın “Necə ata, elə də oğul” filmi layiq görülüb.

Qeyd edək ki, bu il altmış altıncısı keçirilən Kann kinofestivalı mayın 15-dən 26-dək keçib. Əsas müsabiqədə 20 film iştirak edib.



Teqlər:





Xəbər lenti