23 dərəcə isti olacaq

23 dərəcə isti olacaq
  26 Aprel 2015    Oxunub:2113
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9, gündüz 15-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 80-85, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 26-da hava şəraitinin yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz saatlarında ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10, bəzi yerlərdə 15 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  



Xəbər lenti