XİN-dən Nepaldakı azərbaycanlılarla bağlı AÇIQLAMA

XİN-dən Nepaldakı azərbaycanlılarla bağlı AÇIQLAMA
  26 Aprel 2015    Oxunub:1919
Xarici İşlər Nazirliyi (XİN) Nepalda baş vermiş zəlzələ ilə əlaqədar bu ölkədə olan Azərbaycan vətəndaşlarının vəziyyəti haqqında məlumat yayıb.

AzVision.az-ın məlumatına görə, bu barədə Azərtac-a danışan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, XİN-nin təlimatı əsasında Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi Nepalda baş vermiş təbii fəlakət ilə əlaqədar Nepaldakı Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir.

İlkin məlumata əsasənn Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı arasında zəlzələ nəticəsində ciddi xəsarət halı qeydə alınmayıb. Azyaşlı uşaqlardan biri yüngül sıyrıq xəsarəti alıb və hal-hazırda vəziyyəti yaxşıdır.

Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi vəziyyəti diqqətdə saxlayır.


Teqlər:  





Xəbər lenti