KTMT ölkələri Bişkekdə görüşəcəklər

KTMT ölkələri Bişkekdə görüşəcəklər
  27 May 2013    Oxunub:1113
Görüş mayın 28-də baş tutacaq.
AzVision.az xəbər verir ki, sabah Kollektiv təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) üzv-dövlətlərin prezidentlərinin qeyri-formal görüşü keçiriləcək. Görüşdə Rusiya prezidenti Vladimir Putin də iştirak edəcək.

Danışıqlar zamanı Rusiya, Ermənistan, Belorusiya,Qazaxıstan, Qırğızıstan, və Tacikistan prezidentlərinin gündəmdə olan beynəlxalq və regional problemləri, eləcə də təşkilat çərvəsində gələcək əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının da müzakirəsi gözlənilir.

Qeyri-formal Sammit çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçiriləcək.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti