İlham Əliyevdən Nepaldakı azərbaycanlılarla bağlı tapşırıq

İlham Əliyevdən Nepaldakı azərbaycanlılarla bağlı tapşırıq
  27 Aprel 2015    Oxunub:2532
Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Nepalda baş vermiş təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyəsi üçün iş aparır.

Nazirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan prezidenti İlham Əliyevin göstərişi ilə Azərbaycan hökuməti adından Fövqəladə Hallar Nazirliyi təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyyəsi və humanitar yardımın göndərilməsi istiqamətində işlər aparır.

Nazirlik bu barədə əlavə məlumat veriləcəyini də qeyd edir.

Xatırladaq ki, bu il aprelin 25-də Nepal Federativ Demokratik Respublikasının ərazisində 7.8 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 2 mindən çox insan ölüb, 5 mindən çoxu isə yaralanıb.


Teqlər:  





Xəbər lenti