Azərbaycanda Nepal təhlükəsi gözlənilirmi?
Azərbaycanın da seysmoloji baxımdan aktiv bölgədə yerləşdiyini nəzərə alsaq ölkəmiz belə hadisələrdən sığortalanmayıb.
Ölkəmizdə zəlzələ təhlükəsi varmı?
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli AzVision.az-a bildirib ki, ölkəmizdə seysmoloji vəziyyət normal səviyyədədir.
Mərkəzin direktorunun sözlərinə görə, hər gün ölkəmizdə kiçik təkanlar olur, amma bunlar o qədər də təhlükəli deyil:
“Bunlar hiss olunmayan təkanlardır. Qorxmaq, narahat olmaz lazm deyil. Bizim Respublika ərazisində seysmiklik fon səviyyəsindədir. Yüksək seysmogen zona yoxdur ki, deyəsən orada yüksək aktivlik başlayıb. Ayrı-ayrı bölgələrdə zəif təkanların olması onu göstərir ki, Azərbaycan seysmogen ərazidə yerləşir. Biz bununla bağlı gündəlik analiz edirik. Elə bir regiona yoxdur ki, orada dağıdıcı zəlzələ gözlənilsin”-deyə Q.Yetirmişli vurğulayıb.
Anar Kəlbiyev