“Əlikram Hümbətov ermənidir...” – Talışlardan etiraz

“Əlikram Hümbətov ermənidir...” – Talışlardan etiraz
  28 Aprel 2015    Oxunub:10762
Azərbaycanın müstəqilliyinin, milli dövlətçiliyimizin bir nömrəli düşməni olan talış separatçılarının dırnaqarası lideri Əlikram Hümbətovun qondarma “soyqırım”ın 100 illiyi ilə bağlı dünya ermənilərinə göndərdiyi müraciətə Lənkəran ağsaqqalları etirazını bildirib.
Lənkəran ağsaqqalları adından AzVision.az-a göndərilən məlumatda qeyd olub ki, Əlikram Hümbətovun Talış xalqının adından danışmağa haqqı yoxdur.

“Əlikram Hümbətov vətən xainidir. Onun ermənilərə göndərdiyi müraciət, talışlar adından söylədiyi fikirlər utancvericidir. O, bir daha əsl xislətini ortaya qoyaraq necə namərd insan olduğunu dünyaya göstərdi.

Xainin, satqının milləti olmur. Azərbaycanda yaşayan talışlar hökumətin ətrafında sıx birləşib. Bu gün Əlikram kartıdan istifadə edən müxalifət qəzetləri də onunla çiyin-çiyinə gedirlər”.

Müraciətdə həmçinin Lənkəranın deputatı Hadi Rəcəblinin Əlikram Hümbətov haqda dediyi fikirlərin mətbuatda şişirdilməsi qeyd olunur: “Hadı Rəcəbli Əlikram Hümbətovun talış olmaması haqda dediyi fikirlər indi yox, 4 il öncə səsləndirib. Bu gün həmin fikirləri ortaya çıxarmaq və bu məsələ ətrafında şou yaratmaq Azərbaycanın düşmənlərinə xidmət etmək deməkdir. Biz lənkəranlılar heç vaxt bu missiyanın arxasınca getməmişik. Lənkəranlılar heç vaxt “Talış- Muğan Respublikası” haqqında fikir səsləndirməyiblər. O vaxtlar Rusiya da daxil olmaqla Azərbaycanı parçalamaq istəyənlər bu fikirləri ortaya atmışdılar. Onların bir nümyəndəsi də Əlikram Hümbətov idi. Tarix bunun qiymətini verdi.

Dövlətə xainlik və satqınlıq edənlərin də milləti yoxdur. Biz bir daha Əlikram Hümbətov kimi xainlərin talış xalqı adından çıxış etməsinə qəti etirazımızı bildiririk. Azərbaycan bizim ölkəmizdir. Xalqımıza xəyanət edən, düşmənə qardaş deyən insanlar bizdən deyil. Erməniyə qardaş deyən Əlikram Hümbətov ruhən erməni olduğunu bir daha göstərdi”

Qeyd edk ki, Ə. Hümbətov müraciətində “talış xalq”nın hər zaman ermənilərin yanında olduğunu və onların dərdinə şərik çıxdığını bildirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti