SOCAR Gürcüstanda benzinin qiymətini artırdı

  28 Aprel 2015    Oxunub : 765
SOCAR Gürcüstanda benzinin qiymətini artırdı
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Gürcütanda benzin və dizel yanacağının qiymətini artırıb.
AzVision.az oxu.az-a istinadən xəbər verir ki, aprelin 26-dan SOCAR-ın bütün yanacaq növlərinin qiyməti 5 tetri (2 qəpik - red.) artıb.

Belə ki, bu şirkətin şəbəkəsində bu gün üçün Super 1,99 lari (91 qəpik), Nano premium - 1,89 lari (87 qəpik), Avro requlyar - 1,78 lari (82 qəpik), Nano requlyar - 1,75 lari (80 qəpik), Nano dizel - 1,76 lari (81 qəpik) və Avro dizel - 1,94 laridir (89 qəpik).

Qeyd edək ki, yanacaq satışı üzrə bütün şirkətlərin yanacağın qiymətini artırdığı müşahidə edilir.

Teqlər: