Obama salam verməyi unutdu - FOTOLAR,VİDEO

  27 May 2013    Oxunub : 442
Obama salam verməyi unutdu - FOTOLAR,VİDEO
Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama əsgəri salamlamağı unudub.
Hərbi vertolyota minmək üçün tələsən prezident girişdə onu gözləyən fəxri qarovul əsgərinə fikir vermədən birbaşa göyərtəyə qalxıb. Kabinədəki pilotlarla salamlaşan "Ağ ev" rəhbəri qəfil səhvini anlayır və geri qayıdır.

Protokola görə, bu əsgərlə salamlaşmalı olan Obama özünü sındırmadan əsgərin əlini sıxaraq, onun keyfini soruşmaqla vəziyyətdən çıxıb.



AzVision.az

Foto


Teqlər: