`Hər ailədə 2-3 maşın var` - Spiker

`Hər ailədə 2-3 maşın var` - Spiker
  28 Aprel 2015    Oxunub:2348
“Bir neçə gün öncə ciddi avtomobil qəzası keçirəcəkdim”.
Bunu Milli Məclisdə çıxışı zamanı millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, bazar günü iki avtobus onun olduğu maşını araya alaraq, sıxaraq ciddi bir qəza vəziyyəti yaradıblar.

“Sözün əsl mənasında Allah bizi qurtardı. Yaxınlaşıb polisə deyirəm ki, bu marşrut sürücüsü barəsində tədbir görsünlər. Amma polis də deyir ki, “heç nə edə bilmərəm, onları himayə edənlər elə adamlardır ki, onlara gücümüz çatmır”. Axı kimdir bunlar? Hansı imtiyaz verilib ki, adi sürücüyə də söz deyə bilmirlər?”

F.Ağamalı onu da qeyd edib ki, bəzi qurum əməkdaşları orta məktəblərin qarşısında pusquda dayanırlar, valideynlər maşını saxlayan kimi gəlib cərimə meydançasına aparırlar: “Məktəblərin qarşısında xüsusi yerlər yaradılsın və orada maşınların 5-10 dəqiqəlik saxlanılmasına cazə verilsin”.

Oqtay Əsədov isə təklifə narazılığını bildirdi: “Bakıda yüzlərlə məktəb var, hər ailədə də 2-3 maşın var. Hər valideyn gedib saxlasa, görün nə qədər maşın olar. Xarici ölkələrdə də belə şey yoxdur. Orada hər kəs uşağını avtobusla aparır.

İclasda həmçinin yaşı 80-ə çatmış insanların avtomobil idarə etməsinin qadağan edilməsi təklifi də səsləndirdi. Qeyd olundu ki, bu yaşda artıq insanlarda diqqət zəifləyir, eşitmə və görmə hissəri pisləşir, reaksiya hissi aşağı düşür və bu da çox vaxt qəzalara səbəb olur.


Teqlər:  





Xəbər lenti