`Ermənilər məğlub oldular...`- Səməd Seyidov

`Ermənilər məğlub oldular...`- Səməd Seyidov
  28 Aprel 2015    Oxunub:2247
“Bu sessiyada ermənilər bir neçə cəhd göstərdilər. Ancaq onların istəkləri alınmadı. Avropa Şurasının nümayəndələrinin imzasını toplamaqla dünyaya beynəlxalq sənəd təqdim etmək istəyirdilər. Əslində bu ermənilərin yeni təbliğat cəhdi idi”.
AzVision.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Millət vəkilinin sözlərinə görə, AŞPA-da sənəd qəbul olunması çox mürəkkəb prosesdir: “Sadəcə, imza toplamaqla bunu reallaşdırmaq mümkün deyil. Sözügedən sənədin heç bir gələcəyi yoxdur. Azərbaycan və Türkiyə nümayəndə heyəti bunun qarşısını aldı. Onlar qondarma soyqırımla bağlı AŞPA-da heç bir tədbir keçirə bilmədilər. Bu, ermənilərin sessiyadakı uğurunu yox, məğlubiyyətini göstərdi. Ermənilər ölkələrin içərisinə girərək, onları parçalamaq niyyətini güdüblər. Azərbaycan nümayəndə heyətinin iki üzvü - Sahibə Qafarova və Sevinc Fətəliyeva Avropa Şurasının faktiki ombudsman müavini səviyyəsinə yüksəldilər. Sahibə xanım qadınlara zorakılıq kampaniyasına qarşı, Sevinc xanım isə uşaqlara zorakılıq kampaniyasına qarşı Avropa Şurasının bütün gördüyü işlərin koordinasiyanı aparacaq. Bizim xanım nümayəndələrimiz bu vəzifələrə müddətsiz gətirilib”.

S.Seyidovun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti sessiyada çıxışı zamanı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi Gürcüstanda, Ukrayna və Moldavada olan münaqişələrdən fərqləndirilməməlidir.

“Minsk qrupu Qarabağ münaqişəsini Azərbaycan torpaqlarının işğal olunmuş ərazilər kimi qəbul etməlidir. Artıq bu istəyimizə nail olmuşuq. Monitorinq Komitəsinin qərarı ilə xüsusi alt komitə yaradıldı. Komitədə “Avropa Şurası ölkələri içərisində münaqişələr, konfiliktlər və Dağlıq Qarabağ münaqişəsi” ifadəsi “Azərbaycanın Dağlıq Qarabağ və başqa 7 rayonun işğalı nəticəsində zəbt olunmuş torpaqlar” kimi qeyd edilib”.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti