AzVision.az xəbər verir ki, Bakıda "Yer günü"nə həsr olunmuş tədbirlər çərçivəsində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta çimərlik təmizləyib. Təmizlik aksiyası Bakının yaxınlığındakı çimərliklərin birində olub. Keçirilən tədbirdə səfirlə yanaşı mübadilə proqramlarının bəzi məzunları da iştirak edib.
Xatırladaq ki, bir müddət əvvəl Robert Sekuta Kürdəmirdə Müdafiə Nazirliyinin pilotları və peşəkarları ilə görüşüb. Səfir bazanın komandiri ilə birlikdə uçuş simulyatorunda öz pilot bacarığını yoxlayıb, pilot kabinəsindən SU-25 təyyarəsi barədə məlumat alıb.
AzVision.az