Məzunlarımızın 18-19 faizi təhsilini davam etdirir

Məzunlarımızın 18-19 faizi təhsilini davam etdirir
  27 May 2013    Oxunub:1158
“Biz Azərbaycan hökuməti ilə danışıqlar aparırıq”.
“Dünya Bankı (DB) Azərbaycanda təhsil maliyyələşdirilməsi üçün yeni layihələr başlamaq üçün hazırdır”. AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko deyib. O, bildirib ki, son illər ərzində Azərbaycanda təhsil sahəsində real irəliləyiş olub.

“Xüsusilə ali və orta təhsil müəssisələrində test sistemi ilə tələbə qəbulunu qeyd etmək olar."

Onun sözlərinə görə, bu sahədə universitet və kolleclərə qəbul üçün bəzi problemlər hələ də var.

"Azərbaycanda orta məktəb məzunlarının təxminən 18-19 faizi öz təhsillərini davam etdirir. Orta gəlirli ölkələr siyahısına daxil olan Azərbaycan üçün bu çox aşağı göstəricidir. Bu sahədə çoxlu işlər görmək lazımdır. Bu baxımdan Dünya bankı texniki, təchizat və s. cəhtdən hər zaman Azərbaycana kömək etməyə hazırdır. Hazırda bu istiqamətdə biz Azərbaycan hökuməti ilə danışıqlar aparırıq”-deyə Leşçenko vurğulayıb.

Anar








Teqlər:  





Xəbər lenti