Sabah bəzi rayonlar qazsız qalacaq

Sabah bəzi rayonlar qazsız qalacaq
  28 Aprel 2015    Oxunub:1590
Aprelin 29-da saat 10-dan 18-dək "Qaz İxrac" idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Böyükşor", "Yaşma" və "Giləzi", Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Ərəbqədim" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, təmir müddətində Hacıqabul rayonunun Ərəbqədim, Siyəzən rayonunun Yeni Yaşma, Şurabad, Sitalçay, Zarat, Candahar və Qara Siyəzən kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakının Sabunçu rayonunun bəzi hissələrinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Teqlər:



Xəbər lenti