Şahin Mustafayevə sualın var?

Şahin Mustafayevə sualın var?
  28 Aprel 2015    Oxunub:1841
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev mayın 1-də Yevlaxda Bərdə, Göygöl, Goranboy və Yevlax rayonlarından, eləcə də Gəncə və Mingəçevir şəhərlərindən olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən AzVision.az-a bildiriblər ki, vətəndaşların qəbulu saat 11-dən etibarən Heydər Əliyev Mərkəzində (Ünvan: Yevlax şəhəri, Nizami prospekti, 61) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin nazirliyin Aran regional bölməsi (Ünvan: Yevlax şəhəri, H.Əliyev prospekti, 34, əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 336-73-10, (055) 206-88-52, elektron poçt ünvanı: [email protected]) vasitəsi ilə müraciət edə bilərlər.

Bununla yanaşı, nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat və sənaye nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölməsi vasitəsilə də qəbula yazılmaq mümkündür.


Teqlər:





Xəbər lenti