İmtahanda rekord qıran qrup yoldaşları - FOTO

İmtahanda rekord qıran qrup yoldaşları - FOTO
  28 Aprel 2015    Oxunub:3431
Magistratura imtahanlarında yüksək nəticə göstərənlərin adları açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, builki imtahanda ən yaxşı nətivə göstərən şəxslər qrup yoldaşıdırlar.

Onlardan biri magistraturaya qəbul imtahanının hər iki mərhələsinin cəmi olaraq ümumilikdə 144 bal toplamış bakalavr -Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu Babayev Vasif Abbas oğludur.

Xatırladaq ki, Babayev Vasif 2011-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 644 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına qəbul olub.

Ən yüksək nəticə göstərənlərdən digəri isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının məzunu İsmayıl Nəcəfquluzadədir.

İsmayıl Nəcəfquluzadə 2011-ci ildə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanında 672 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər ixtisasına qəbul olub.

AzVision.az


Teqlər:  



Xəbər lenti