Poroşenko Azərbaycana gələcək

Poroşenko Azərbaycana gələcək
  29 Aprel 2015    Oxunub:1621
2015-ci ilin ikinci yarısında Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana rəsmi səfəri planlaşdırılır.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bunu Bakıda səfərdə olan Ukrayna xarici işlər nazirinin 1-ci müavini Natalya Qalibarenko deyib. O bildirib ki, bu ilin ikinci yarısında prezident Petro Poroşenko və xarici işlər naziri Pavel Klimkinin Azərbaycana səfərləri nəzərdə tutulub.

Səfər zamanı iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının iclası da keçiriləcək.


Teqlər:





Xəbər lenti