ABŞ-da etirazlar - 200 nəfər həbs edilib

ABŞ-da etirazlar - 200 nəfər həbs edilib
  29 Aprel 2015    Oxunub:2295
ABŞ-ın Baltimor şəhərindəki iğtişaşlar zamanı 200-ə qədər insan həbs olunub. Bu barədə şəhər meriyasının mətbuat xidmətinin məlumatında deyilir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, məlumatda, həmçinin iğtişaşlar zamanı 144 avtomobilin və 15 binanın yandırıldığı bildirilir.

Baltimorda baş verən kütləvi iğtişaşlarda soyğunçuluq və polislərə qarşı zorakılıq halları da müşahidə edilib. Bir neçə böyük ticarət mərkəzi qarət olunub, 15 polis əməkdaşı yaralanıb. Onlardan 6-nın vəziyyəti ağırdır.

Xatırladaq ki, Baltimor əhalisi qaradərili Freddi Qreyin polis tərəfindən saxlanılması zamanı həyatını itirməsinə etiraz əlaməti olaraq küçələrə çıxıb. Nümayiş sonradan iğtişaşlar və qarşıdurmalarla nəticələnib.

Şəhərdə fövqəladə vəziyyət və komendant saatı rejimi elan edilib, məktəblərdə məşğələlər dayandırılıb.


Teqlər:





Xəbər lenti