“Azərbaycan yüksək gəlirli ölkələr sırasına daxildir”

“Azərbaycan yüksək gəlirli ölkələr sırasına daxildir”
  27 May 2013    Oxunub:1336
Bu gün Dünya Bankının təşkilatçılığı ilə 2015 Sonrası İnkişaf Prioritetləri-Davamlı İnkişaf Məqsədləri (Sustainable Development Goals) adlı tədbir keçirilib.
AzVision.az xəbər verir ki, Davamlı İnkişaf Məqsədləri (DİM) Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən yeni inkişaf mərhələsinin prioritetləridir. Belə ki, 2000-ci ildən Minilliyin İnkişaf Məqsədləri (MİM) adı altında BMT tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bir çox nəaliyyətlər əldə olunub. Lakin, 2012-ci ilin iyun ayında BMT tərəfindən keçirilən Rio+20 konfransında 2015-ci ildən etibarən MİM-lərə daha səmərəli şəkildə çatmaq üçün yeni prioritetlərin müəyyənləşdirilməsi haqqında qərar qəbul edilib.

MİM-in çərçivəsində dünya ictimaiyyəti qarşısında yoxsulluq və aclığın miqyasının iki dəfə azaldılması, iqlim dəyişikliklərinin aradan qaldırılması, xəstəliklərlə mübarizənin aparılması, təmiz suyun və sanitariyanın formalaşdırılması ilə bağlı problemlərin həlli, təhsil sahəsində yeniliklərin genişləndirilməsi, qız və qadınlar üçün yeni imkanların yaradılması kimi 8 ambisiya məqsəd qoyulub.

Tədbirdə çıxış edən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Larisa Leşçenko bildirib ki, Azərbaycan BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin əksəriyyətinə nail olub. O, bildirib ki, bu sahədə yoxsulluğun azaldılması, ibtidai təhsilin inkişaf etdirilməsi və s. kimi misallar göstərmək olar.

“Amma bütün məqsədlərə nail olmaq üçün Azərbaycan yeni iş yerlərinin açılmasına, iqtisadiyyatın inklüziv inkişafına diqqət yertirməlidir. İqtisadiyyatın şaxələndirilməsi sahəsində Azərbaycan insan kapitalının inkşafına böyük diqqət yetirməlidir. Çox şadam ki, dünya bankı bu proseslərə öz töhvəsinin verir”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek çıxışı zamanı bildirib ki, Azərbaycan hökuməti "Azərbaycan - 2020: gələcəyə baxış"adlı inkişaf konsepsiyasını hazırlayıb. Onun sözlərinə görə, məhz bu strategiyada yoxsulluğun azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi kimi məqsədlər ortaya qoyulub.

“Azərbaycan insan inkişafı indeksinə görə, yuxarı gəlirli ölkələr sırasına daxildir. Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin bir çox hissəsinin əldə edib. Azərbaycan bu barədə daha əlverişli ölkədir və bu proqram üzrə xeyli işlər görüb. Belə ki, bu barədə məlumatlar"Azərbaycan - 2020: gələcəyə baxış"adlı inkişaf konsepsiyasında özünü əks etdirib. Bu o demədkir ki, hətta Azərbaycan 2015-ci ildən sonra olan fəaliyyət planını açıqlayıb”.

Daha sonra İqtisad elmləri doktoru, professor, Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Əvəz Bayramov “Yoxsulluq fenomeni: paradiqmal yeniləşmənin konseptual istiqamətləri” və Dosent, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmin təşkili şöbəsinin müdiri Rəcəb Rəhimli “Davamlı inkişaf prinsiplərinin dövlət siyasəti və proqramlarına daxil edilməsi” adlı məruzələrlə çıxış ediblər.

Sonda Davamlı İnkişaf Məqsədləri adlı tədbirin iştirakçıları öz aralarında müzakirələr aparıblar.

Anar



Teqlər:  





Xəbər lenti