Ərdoğan və Davudoğluna ölüm hədəsi
“Sənin uğurun hanı? Prezidentimiz CHP-nin xaraba qoyduğu İstanbulu ən inkişaf etmiş şəhərə çevirdi. Bax, buna uğur deyərlər. Özünə uğur hekayəsi deyir, ancaq, nərdivana tərs çıxır. Nərdivana tərs çıxan adam milləti doğru yolla apara bilərmi?”
Onun sözlərinə görə, Ərdoğanla birlikdə ölümlə təhdid olunublar:
“Bizə Allah və Millətimiz yeter. Prezidentimiz və məni ölümlə təhdid etdilər. Bizi tanımamışdılar. Biz anadan olandan ölümə təslim olmuşuq”.
Davudoğlu daha sonra Fətullah Gülənin yaratdığı şəbəkədən danışıb
“Millətin iradəsini üç-beş belə şəbəkəyə təslim etmərik. HDP, CHP çıxsın “paralelçi”lərlə nə plan edir, açıqlasınlar. “HDP”in parlamentə keçməsi üçün CHP də çalışır. Türk BƏƏS-çiləri (Səddam Hüseyn dönəmində İraqın hakim partiyası - red) isə kürd BƏƏS-çilər artıq bir aradadır”. (Ans)
Teqlər: