Nepalda 3 günlük matəm elan edildi

Nepalda 3 günlük matəm elan edildi
  29 Aprel 2015    Oxunub:1248
Nepalda 4 mindən çox insanın öldüyü zəlzələ ilə bağlı 3 günlük matəm elan edilib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin baş naziri xalqa müraciətində deyib.

Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalda rixter cədvəli üzrə 7,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə, 10 kilometr dərinlikdə qeydə alınıb. Fəlakət nəticəsində 4 mindən çox insan həyatını itirib.


Teqlər:





Xəbər lenti