Bakıdan gedən qatar aşdı

Bakıdan gedən qatar aşdı
  29 Aprel 2015    Oxunub:2164
Bakı-Böyükkəsik dəmir yolu xəttinin Goranboy rayonu ərazisindən keçən hissəsində yük qatarı qəzaya uğrayıb.
Kəpəz televiziyasına (Region TV) verilən məlumata görə, stansiyanın daxilində manevretmə prosesi yerinə yetirilərkən vaqonlar relsdən çıxaraq aşıb.

Hadisə ötən gün axşam saatlarında Kürəkçay stansiyasının yaxınlığında baş verib. Hərəkətdə olan qatarın 3 vaqonu relsdən çıxaraq aşıb. Vaqonlar yüksüz olduğundan dağıntı nisbətən az olub. Yalnız dəmir yolu infrastrukturuna qismən ziyan dəyib. Azərbaycan Dövlət Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İnfrastruktur Departamenitinin texnikası və işçi qüvvəsi dərhal hadisə yerinə səfərbər edilib.

Qəzadan sonra geriyə bu görüntülər qalıb: vaqonlar relsdən çıxaraq aşıb. Hazırda dəmir yolu işçiləri fəsadların aradan qaldırılmasına çalışırlar.

Həyata keçirilən tədbirlər nəticəsində gecə saatlarında aşmış vaqonlar yığışdırılıb və dəymiş ziyan aradan qaldırılıb. Səhmdar Cəmiyyətdən verilən məlumata görə, qəza digər qatarların hərəkətində maneyə yaratmayıb. Hadisəyə gəlincə dəmir yolu rəsmləri bildirirlər ki, qəzanın vaqonlarda olan nasazlıq səbəbindən baş verdiyi güman olunur.

Füzuli Kərimov, ADDY QSC-nin Qərb Bölgəsi Üzrə Səlahiyyətli nümayəndəsi: "Bildyiniz kimi, yollarımız hamısı yeni dəyişdirilib. Yəni yolla bağlı elə bir problem nəzərə çarpmır. Hadisə manevretmə zamanı baş verdiyindən vaqonlarda nasazlığın olma ehtimalı böyükdür. Araşdırmalardan sonra nəticə məlum olacaq".

Qeyd edək ki, bu gün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin müətəxəssisləri hadisə yerinə baxış keçirərək dəqiq səbəbləri müəyən edəcəklər.


Teqlər:  





Xəbər lenti