`Bu şərəfsizlərin oyununa gəlmək olmaz`

`Bu şərəfsizlərin oyununa gəlmək olmaz`
  29 Aprel 2015    Oxunub:1880
Əlikram Hümbətovun Ermənistan və saxta `soyqırım`la bağlı verdiyi açıqlama hələ də medianın manşetindən düşmür. Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev bildirib ki, Əlikramın türk və mənsubu olduğu talış millətinə qarşı nə qədər aqressiv olduğunu görmək üçün bir cümləsini dinləmək yetər.

- Səbəb də bəllidir: türkə nifrəti var, talış isə onu qorumayıb. Yəni zamanında separatizmə dəstək verməyib. Üstəlik, məlum açıqlamanın saxta soyqırımla bağlı ciddi, qlobal müzakirələrin getdiyi ərəfədə verilməsi də təsadüf sayıla bilməz. Erməni lobbisi punktual işləyir və bu cür naqis insanların, illər boyunca maliyyələşdirdiyi, yetişdirdiyi agentlərin əməyindən də hər mərhələdə lazımınca bəhrələnməyi bacarır. Əlikram Hümbətov mən bildiyim qədər, xalis talışdır. Fəqət onun nə talışa, nə türkə, nə də ümumən, azərbaycanlıya heç bir aidiyyəti yoxdur. Çünki bu məmləkətin talışı da, türkü də, tatı da, ləzgisi də dövlətçilik anlayışını, bütöv Azərbaycan ideyasını və azərbaycanlı məfhumunu zaman-zaman hər şeydən üstün tutmağı bacarıb və əsla separatizmə dəstək verməyib. Ayrıca, millət vəkili Hadı Rəcəblinin bu kontekstdə söylədiyi fikirlərin də düzgün anlaşılmadığı qənaətindəyəm. Güman ki, Hadi müəllim də söylədiyi fikirlərdə sonuc olaraq bu məğzə köklənib ki, xəyanətkar hər halı ilə xəyanətkardır. Kimliyindən, mənsubiyyətindən asılı olmayaraq!,- deyə Elşən Musayev musavat.com-a bildirib.

Partiya sədri vurğulayıb ki, Əlikram Hümbətovun vətəndaşlığı əlindən alınıb, ölkədən deportasiya olunub. Belə olduğu halda isə onun azərbaycanlı, hətta eks-azərbaycanlı adı altında belə müzakirəyə çıxarılması yanlışdır: “Çünki erməni diasporunun Əlikramın dili ilə dedirtdiyi kəlmələrin alt məqsədi də budur: Ortalıqda Azərbaycan adını bir şəkildə hallandırmaq. Onu deportasiya, vətəndaşlıqdan məhrum edilmiş biri kimi deyil, siyasi mühacir, öz vətənindən, dövlətindən küsmüş biri kimi təqdim etmək. Məlum hadisə ilə bağlı Ermənistan, Rusiya, Fransa mediasında dərc olunan yazıları oxusanız sizlər də eyni qənaəti hasil etmiş olarsınız: Erməni lobbisi əslində Əlikramın aqressiyası fonunda diqqət yayındırıb, həmin açıqlamanı cümlə-cümlə təftiş etmək, öz saxta tarixlərinə və bu tarixin xronologiyasına yeni-yeni “töhfə”lər vermək niyyətini güdür. Odur ki, bu şərəfsizlərin oyununa gəlmək olmaz. Çünki bütün addımlar planlıdır”.


Teqlər:





Xəbər lenti