Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın
  29 Aprel 2015    Oxunub:1486
Bakıda yaşayış binasında yanğın olub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Binanın pilləkən qəfəsinin 2-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 6 ədəd elektrik sayğacı və 2 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:



Xəbər lenti