Yeni kral şahzadəni işdən qovdu

Yeni kral şahzadəni işdən qovdu
  29 Aprel 2015    Oxunub:2919
Səudiyyə Ərəbistanı kralı Salman ibn Abdel Əziz Əl Saud vəliəhdi və ölkənin nazirlər şurasının rəhbərinin müavini Mukrin ben Abdel Əziz Əl Saudu tutduğu vəzifəsindən azad edib.
AzVision.az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Səudiyyə televiziyasının yaydığı məlumata görə, vəliəhd vəzifəsinə Salman ibn Abdel Əziz Əl Saud, hakimiyyət sədrinin ikinci müavini vəzifəsini tutan Muhammed ibn Nayefi yeni vəliəhd təyin edib.

Səudiyyə kralı həmçinin Səudiyyə Ərəbistanının XİN rəhbəri vəzifəsini tutan Saud əl-Feysalı da tutduğu vəzifədən azad edib. Bu vəzifəyə daha öncə ABŞ-da bu ölkənin səfiri olan Adel əl-Cubeyr xarici işlər naziri postuna gətirilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti