Bakıda polis maşını qəzaya düşdü

Bakıda polis maşını qəzaya düşdü
  29 Aprel 2015    Oxunub:2305
Bakıda yol qəzası baş verib.
AzVision.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün rayon ərazisində qeydə alınıb.

Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı (PPX), polis serjantı Vüqar Vaqif oğlu Nuriyevin idarə etdiyi “Fiat” markalı xidməti avtomobillə, Tural Ədalət oğlu İlyasovun idarə etdiyi “Zaporojes” markalı avtomobil toqquşub.

Qəza zamanı xəsarət olan olmayıb.


Teqlər:  





Xəbər lenti