`Alimlərimizin elmi naliyyəti yetərli deyil`
““Scopus” elmi araşdırmalar mərkəzi tərəfindən aparılan monitorinqə şərqi Avropa ölkələri üzrə 378 elmi müəssisə və təşkilat cəlb edilib. Bu təşkilatın nəticələrinə görə, AMEA 2012-ci ildə 119-cu 2013-cü ildə 109, 2014-cü ildə 95 olub. Bu reytinqdə Ermənistan 143, Gürcüstan 168-ci yeri tutur”.
R.Əliquliyev akademiyada bütün elm sahələri, həmçinin kompyuter elmləri sahəsində azərbaycan elmi naliyyətləri bir neçə dəfə yüksəldiyini bildirib. “Beynəlxalq bazada azərbaycan elmi naliyyətlərin yer ayrılması akademiyanın cari məsələrlərindəndir. Beynəlxalq jurnalların monitorinqini aparırıq. Lakin bu sahədə hələ də lazımı yerdə olmamağımızın obyektiv və subyektiv səbəbləri var və bu hamımıza bəllidir”.
Vitse-prezident akademiyanın bir sıra elmi agentliklərlə bu vaxta qədər müqavilələrin imzalanmamasına da münasibət bildirib. Onun sözlərinə görə, bu məsələ Rəyasət heyətinin gündəmindədir. Məsələnin dövlət, ya da akademiya tərəfindən iş aparılmasının mümkünlüyünü bildirib və bu variantlar üzərində iş aparılır.
Fatimə Kərimli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


