“Bandotdel”in həbs xəbərinə “Nurgün Motors”dan təkzib

“Bandotdel”in həbs xəbərinə “Nurgün Motors”dan təkzib
  29 Aprel 2015    Oxunub:2670
Mətbuatda yayılan xəbərlərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi (“Bandotdel”) tərəfindən Bakıda avtomobil satış mərkəzləri və salonlarında gizli əməliyyat keçirilib.
Əməliyyat nəticəsində 10-dan artıq şəxs tutulub. Məlumata görə, əməliyyata səbəb salonlarda keyfiyyətsiz avtomobillərin satılması, müştərilərin aldadılması ilə bağlı çoxsaylı şikayətlərin edilməsi olub.

Şikayətlər əsasən suya düşmüş, istifadəsi təhlükəli olan avtomobillərin və işlənmiş (ikinci əl) avtomobillərin yürüşünün (“probeq”) aşağı salınaraq baha qiymətə satılması ilə bağlı olub.

Keçirilən əməliyyatla bağlı “Nurgün Motors”dan AzVision.az-ın sorğusuna cavab verilib.

Bildirilib ki, “Nurgün Motors”un əməkdaşlarının həbs edilməsi xəbəri cəfəngiyyatdır.

“1996-cı ildən fəaliyyət göstərən və bu illər ərzində hər zaman müştərilərinə keyfiyyətli xidmət göstərərək böyük uğurlara imza atmış “Nurgün Motors” şirkəti bu gün də öz dəyərlərinə sadiqdir və yorulmadan müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək yolunda çalışır”.

Şirkətdən onu da bildiriblər ki, şirkətimiz haqqında yalan və qərəzli məlumat yayan KİV haqqında qanunvericiliyə uyğun ölçü götürülməsi üçün müvafiq strukturlara müraciət olunacaq.

Gültəkin ƏLƏSGƏR


Teqlər:  





Xəbər lenti