İŞİD Suriyada erməni kilsəsini dağıdıb - FOTO

İŞİD Suriyada erməni kilsəsini dağıdıb - FOTO
  29 Aprel 2015    Oxunub:2489
Suriyada terrorçuların Hələb şəhərini atəşə tutması nəticəsində erməni kilsəsi dağıdılıb.
Bu barədə AzVision.az “News.am” saytına istinadən xəbər verir.

Məlumata əsasən kilsə Köhnə Hələb məhəlləsində, terrorçular və hökumət qüvvələri arasında qızğın döyüşlərin getdiyi ərazidə yerləşir. Əl-Cdayde küçəsində yerləşən 15-ci əsrə aid kilsənin tamamilə dağıdıldığı bildirilir.

Bəzi erməni KİV kilsənin İŞİD yaraqlıları tərəfindən dağıdıldığını iddia edir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti