Metroya yenidən reklamlar qayıdır

Metroya yenidən reklamlar qayıdır
  29 Aprel 2015    Oxunub:2393
“Bakı Metropoliteni" QSC stansiyalarda reklam lövhələrinin bərpasına başlayıb.
AzVision.az xəbər verir ki, QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AZƏRTAC-a bildirib ki, bütün stansiyalarda reklam lövhələri asılacaq. Hələlik lövhələr müəyyən olunmuş yerlərdə quraşdırılır. Onlar əvvəlkilərdən fərqli olaraq daha böyük və işıqlıdır. Lövhələr avtomatik tənzimlənən LED işıqları ilə təchiz edilib.

Nəsimi Paşayev deyib ki, lövhələrin asılması işləri mərhələli şəkildə aparılır.


Teqlər:  



Xəbər lenti