Həmsədrlər Parisdə Nalbandyan və Məmmədyarovla görüşəcək

Həmsədrlər Parisdə Nalbandyan və Məmmədyarovla görüşəcək
  29 Aprel 2015    Oxunub:1738
ATƏT-in Minsk qrupu həmsədrləri Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək.
AzVision.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları müzakirə etmək üçün bu gün və sabah Ermənistan və Azərbaycan XİN rəhbərləri ilə görüşəcəm”, - deyə Uorlik yazıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti