AZAL-dan Elzaya konsert qadağası

AZAL-dan Elzaya konsert qadağası
  29 Aprel 2015    Oxunub:2921
AZAL rəsmisi: “Elza Seyidcahan bizim təyyarələrdə konsert verə bilməz”
Bu gün əksər saytlarda müğənni Elza Seyidcahanın təyyarədə konsert verəcəyi ilə bağlı xəbərlər yer alıb.

Müğənni bildirib ki, konsert Bakı-İstanbul reysində baş tutacaq: “Azərbaycandan qardaş ölkəmizə gedən insanları feyziyab edəcəyəm".

Artıq bu xəbər sosial şəbəkələrdə müzakirə olunmağa başlayıb və “Azərbaycan Hava Yolları” QSC bu məsələdə qınaq obyektinə çevrilib.

Musavat.com Elza Seyidcahanın təyyarədə konsert verəcəyi ilə bağlı məlumata AZAL-ın mövqeyini öyrənməyə çalışıb.

AZAL-ın xıdmət rəisi Məhərrəm Səfərli bildirib ki, belə bir konsertdən söhbət gedə bilməz: “Hər adam bir söz deyir, saytlar da götürüb, bunu xəbər edirlər. Mətbuat belə şeyləri yazmamalıdır. Bizim bundan xəbərimiz yoxdur. Elza Seyidcahan bizim təyyarələrdə heç vaxt konsert verə bilməz. O, yalnız 200 sərnişinə Bakı–İstanbul–Bakı reysi ilə bilet alıb, təyyarənin icarə haqqını ödədikdən sonra konsert verə bilər. Ancaq bizim istənilən istiqamətdə olan reyslərimizdə Elza Seyidcahan konsert verə bilməz. Bizdə sərnişinlər oturan kimi təyyarə bələdçisi tələb edir ki, təhlükəsizlik kəmərlərini bağlayın. Elza Seyidcahan konsert verəcəksə, orada mütləq rəqs etməlidir, bu da təhlükəsizlik qaydalarına ziddir. Təyyarədə necə konsert ola bilər? Bəlkə elə sərnişin var ki, Elzanı dinləmək istəmir. O zaman biz sərnişinlərə cəza veririk? Bu, heç vaxt ola bilməz”.


Teqlər:  





Xəbər lenti