Bizdə və xaricdə taksilərin qiyməti - SİYAHI

Bizdə və xaricdə taksilərin qiyməti - SİYAHI
  29 Aprel 2015    Oxunub:4096
Xarici ölkədə 8 km yol üçün nə qədər pul ödəməliyik?
Xarici ölkələrə səfər edərkən, bizi ən çox maraqlandıran suallardan biri də taksilərin qiymətidir.

Bəzilərimiz çox vaxt taksi sürücülərin bizləri aldatmasından, az yola çox pul almasından şikayət edirik. Bunun olmaması üçün taksi qiymətlərini təqribi olaraq öyrənə bilərik.

Dünya ölkələrində 8 km yol üçün taksi qiymətləri nə qədərdir?

AzVision.az bununla bağlı yazını oxucularına təqdim edir:

ABŞ-ın Bostun şəhərində 8 km yol 20$, Çikaqoda 21$, Nyu-Yorkda 18$, San-Fransiskoda 27$;

Almaniyanın Berlin şəhərində 8 km yol 23,87$, Frankfurtda 19,53 $;

Avstraliyanın Melbourne şəhərində 8 km yol – 16,15$, Sidneydə 20,76$;

Braziliyanın Rio da Janeyroda 8 km yol 8,91 $, San Pauloda 9,53$;

Çinin Pekin və Şanxay şəhərlərində 8 km yol 5,71 $;

İndoneziyanın Cakarta şəhərində 8 km yol 4,29$;

Filippinin Manila şəhərində 8 km yol 8,86$;

Fransanın Paris şəhərində 8 km yol 17,36$,

Cənubi Afrika Respublikasının Keyp Taun şəhərində 8 km yol 8,68 M$, Yohannesburqda 11,32 M$;

Hindistanın Banqladeş şəhərində 8 km yol 3,25$, Mumbayda 2,86$; Yeni Delhidə 2,92$;

Honq Konqda 8 km yol 12,64$;

Böyük Britaniyanın Yedinburq şəhərində 8 km yol 23,73$, Londonda 20,77$;

İsveçrənin Zürih şəhərində 8 km yol 31,11$;

Yaponiyanın Tokio şəhərində 8 km yol 23,82$;

Kanadanın Ottava şəhərində 8 km yol 15,03$, Torontoda 15,82$;

Malayziyanın Kuala Lumpur şəhərində 8 km yol 4,58$;

Meksikanın Mexico City şəhərində 6,43$;

Rusiyanın Moskva şəhərində 8 km yol 9,27$;

Sinqapurun Sinqapur şəhərində 8 km yol 11,64$;

Türkiyənin İstanbul şəhərində 8 km yol 7,13$, Ankarada 9,18$;

Yeni Zellandiyanın Oklənd şəhərində 8 km yol 19,57$; Vellinqtonda 24,84$-dır.

Bizdə isə mənzərə tam fərqlidir. Fərdi taksilərdə qiymətlər məsafəyə görə dəyişir. “London taksiləri”nin müştəriləri getdikləri yolun uzunluğa görə ödəniş edirlər. Hazırda 10 kilometr məsafəyə kimi 1 kilometr üçün gediş haqqı 70 qəpik, 10 kilometrdən 20 kilometrədək məsafə üçün 40 qəpik, 20 kilometrdən artıq məsafə üçün isə 20 qəpik müəyyənləşdirilib.

Bu baxımdan qeyd edə bilərik ki, Bakıda 8 km yol üçün taksilərin gediş haqqı 5 manat 60 qəpik təşkil edir.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti