TQDK-dan xəbərdarlıq: 1 gün qaldı

TQDK-dan xəbərdarlıq: 1 gün qaldı
  29 Aprel 2015    Oxunub:2175
Ərizə qəbulunun başa çatmasına 1 gün qaldı.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrin qəbulu davam edir.

29 aprel saat 15:00 - a olan məlumata görə 81579 abituriyent öz elektron ərizəsini dolduraraq təsdiqini təmin edib. 5407 abituriyent elektron ərizəsinə özü haqqında məlumatları daxil etsələr də, həmin ərizələri təsdiq etməyiblər.

Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaq. Həmin abituriyentlər qəbul imtahanlarlnda iştirak etmək üçün aprelin 30-dək bu prosesi yekunlaşdırmalıdırlar.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  



Xəbər lenti