İsveç `erməni soyqırımı`nı tanımadı

İsveç `erməni soyqırımı`nı tanımadı
  29 Aprel 2015    Oxunub:2088
İsveç hökuməti 1915-ci il hadisələrini “soyqırım” kimi tanımayıb.

AzVision.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

İsveçin Daxili işlər Nazirliyinin sözçüsü Erik Boman bildirib ki, 1915-ci il hadisələri müstəqil qurum tərəfindən arşaşdırılandan sonra bu iddialarla bağlı qərar qəbul olunacaq.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin işə başladığını vurğulayan E.Boman əlavə edib ki, onlar xalqlar arasında sülhün bərqərar olunmasını istəyir:

“100 il əvvəl baş vermiş faciə barədə araşdırma aparılmadan bir ölkənin soyqırım törətdiyi barədə parlament qərarı çıxarıla bilməz”.

Qeydn edək ki, İsveç parlamenti 2010-cu ildə müxalifətdə olan Sosial Demokrat Partiyası ilə Yaşıllar Partiyasının birgə hazırladığı “soyqırım” haqqında qanunu qəbul edib. Parlamentdəki 130 millət vəkili qanunun əleyhinə, 131 nəfər isə lehinə səs vermişdi.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti