`Bakı Saakaşvilini təhvil verə bilməz`

`Bakı Saakaşvilini təhvil verə bilməz`
  29 Aprel 2015    Oxunub:3233
“Gürcüstan hökuməti bu ölkənin keçmiş prezidenti Saakaşvilinin ekstradiyasını Bakıda tələb edir”.
AzVision.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa deyib. Deputat qeyd edib ki, hüquqi baxımdan bu tələbin əsaslandırılması mümkündür:

“Çünki İnterpol xətti ilə axtarışa verilmiş şəxsləri bu quruma daxil olan dövlətlər bir-birinə təhvil verməyə borcludurlar. Əvəzində isə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bakıdakı Foruma qatılmış Saakaşvilini qəbul edib, onunla bağlı qapılar arxasında müzakirə aparır.

Gürcüstan tərəfi də dəqiq anlayır ki, Bakı Saakaşvilini təhvil verməz və verə bilməz. Mən bu tələbin siyasi məzmunu barədə hər kəsə aydın məqamlar olduğu üçün bir şeylər demək istəmirəm. Dünyada hüquq onsuz da siyasətin bir bölümünə çevrilib və son "erməni soyqırımı" adlanan yalançı iddiaları dəstəkləyən Avropa İttifaqı da bunu addımbaşı nümayiş etdirməyə çalışır. Məncə ölkə prezidenti bu jestlə dostuq bağlarının formal hüquqdan bəzən üstün ola biləcəyini göstərmək istədi. Yəni qonağı düşməninə təhvil verməyi bir Qafqazlıdan tələb etmək qədər absurd bir addım çətin ki, olsun”,-deyə Fazil Mustafa əlavə edib

AzVision.az


Teqlər:  



Xəbər lenti