Qasırğa qatarı körpüdən yerə atdı – VİDEO

Qasırğa qatarı körpüdən yerə atdı – VİDEO
  29 Aprel 2015    Oxunub:3164
İnternetdə güclü küləyin qatarın vaqonlarını körpüdən yerə atmasının kadrları yayılıb.
AzVision.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, qatar körpüdən avtomobil yolunun üzərinə düşsə də xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə Elmvud şəhərində (Luiziana ştatı) baş verib. Faciəni şəhər sakini avtomobilinə quraşdırdığı videoregistratorla çəkib. Video 30 saniyə çəkir. Bu müddət ərzində vaqonların körpüdən yerə düşməsi aydın şəkildə görünür. Hadisə şahidləri vurğulayırlar ki, güclü külək qatarları sanki oyuncaq kimi yerə atıb. Məlumata əsasən, ümumilikdə 11 qatar 15 metrlik hündürlükdən yerə düşüb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti