Azərbaycanlılar və türklər ermənilərin əsas düşmənləridir - SORĞU

Azərbaycanlılar və türklər ermənilərin əsas düşmənləridir - SORĞU
  30 Aprel 2015    Oxunub:2073
Ermənilərin çoxunda “düşmən” sözü ilk növbədə türk və azərbaycanlılarla assosiasiya edilir.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanda maraqlı tədqiqatın müəlliflərindən biri, psixoloq Xaçatur Qasparyan danışıb.

Onun sözlərinə görə, bu tədqiqat Tibb və Amerika universitetləri ilə müştərək keçirilir. Alimlər hələ əldə olan bütün məlumatları tədqiq etməyi çatdırmayıblar: sorğularda 1200 nəfər iştirak edib, amma onlardan yalnız 200 nəfərinin cavabları analiz edilib.

Həmin 200 nəfərdən 83-nün fikrinə görə “düşmən” sözü ilə ilk assosiasiya ediləcək söz – “türklər”dir. 128 nəfər iştirakçının fikrincə isə “türklər” “düşmən” sözünün ikinci və ya üçüncü assosiasiyasıdır. Maraqlıdır ki, “azərbaycanlılar” “düşmən” sözü ilə 27 iştirakçıda assosiasiya olunub.

Bununla yanaşı həm də sorğunun əksər iştirakçıları düşmən kimi ümumilikdə özlərini, erməniləri, dövləti və sairə adlandırıblar.

Xaçatur Qasparyan qeyd edib ki, istənilən millətdə millət düşməni haqqında təsəvvür var. Ermənilər türkləri düşmən hesab edirlər. Amma bu mənada üzərində ciddi şəkildə düşünülməsi tələb edilən bir sıra təhlükə və çatışmazlıq var.


Teqlər:





Xəbər lenti