Merkel Putinlə görüşə gedir
Bu barədə Berlində AFR hökumətinin rəsmi nümayəndəsi Şteffan Zaybert məlumat verib.
“dpa” agentliyi xəbər verir ki, federal kanslerin Rusiya paytaxtına səfəri zamanı Ukrayna ətrafında vəziyyətin müzakirə olunub-olunmayacağı barədə suala Ş.Zaybert belə cavab verib: “Orada məlum olacaq”.
AFR hökumətinin rəsmi nümayəndəsi qeyd edib ki, “kanslerin Moskvaya səfəri baş tutacaq, çünki İkinci Dünya müharibəsində - Almaniyanın başladığı müharibədə Rusiya xalqının əzab-əziyyətlərinə və onun verdiyi böyük qurbanlara ehtiramla yanaşmaq lazımdır”. (Azərtac)
Teqlər: