Bakıda qeyi-adi dayanacaqlar - VİDEO

Bakıda qeyi-adi dayanacaqlar - VİDEO
  30 Aprel 2015    Oxunub:2994
Paytaxtın Binəqədi rayonu ərazisində bir birindən fərqli üslubda dayanacaqlar quraşdırılıb. Burada sərnişinlər hətta pulsuz çayda içə bilərlər. Əməkdaşlarımızın həmin dayanacaqlardan repörtajını izləyin.
Bakıda bir-birindən fərqli üslubda yeni dayanacaqlar quraşdırılıb. Yeni dayanacaqlar həm rahatlığına həm də xidmətinə görə digərlərindnə fərqlənir.

Binəqədi rayonu icra həkimiyəti tərəfindən quraşdırılan bu dayanacaqları Sulutəpə qəsəbəsinə gedən yolda, Hökməli dairəsi yaxınlığında görmək mümkündür.

Məsələn sarı rəngli bu dayanacaq ilk baxışdan sərnişin avtobusuna oxşayır.

Digər bir dayanacaq isə pramidə formasındadır. Bu dayanacaqda isə paytaxt bakıda ilk dəfə olaraq sərnişinlər avtobus gözləməklə yanaşı pulsuz çay da içə bilirlər.

Başqa bir dayanacaq isə taksi sürücülərinə xidmət edir.

Binəqədi rayonu icra həkimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Nuridə Allahyarova deyir ki, Avropa oyunları ərəfəsində rayon ərazisində bu cür fərqli üslubda dayanacaqların quraşdırılması davam etdiriliəcək. (xəzərxəbər)




Teqlər:





Xəbər lenti