`Kerri erməni milyarderlərin cibindədir`
O bildirib ki, C.Kerri həmin adamdır ki, Cənubi Qafqazda olmamasına və Azərbaycanın Dağlıq Qarabağ regionunun harada yerləşdiyini bilməməsinə baxmayaraq, "Azadlığa dəstək aktı"na 1992-ci ildə edilən 907-ci düzəlişin müəllifi oldu: "Belə bir şəxsdən hansı ədaləti gözləmək olar? Onunla ədalət, obyektivlik arasında 180 dərəcə fərq var".
Deputat hesab edir ki, C.Kerri ABŞ tarixinin ən pis dövlət katibidir: "Onun Dövlət Departamentinə gəldiyi tarixdən bəri baş verən proseslərə diqqət yetirsəniz görərsiniz ki, dünyada ABŞ-ın nüfuzu sürətli şəkildə aşağı düşüb. Dünya xalqları Birləşmiş Ştatlara az qala nifrət edirlər. Bu vəziyyət ABŞ maraqlarını əsassız erməni iddialarına qurban vermiş dövlət katibi Con Kerrinin Amerika xalqı qarşısında "xüsusi xidmətidir". Bir gün amerikalılar ayılacaq və özlərinə belə bir sual verəcəklər: erməni maraqları Amerikanın maraqlarından nə üçün üstün tutulur və ABŞ-ı dünya siyasətində rüsvayçı vəziyyətə gətirib salan kimdir? O zaman Con Kerri cavab verməli olacaq".
M.Qasımlı bildirib ki, Azərbaycana qarşı nə qədər uydurma kampaniyalar aparılsa da, heç bir şeyə nail ola bilməyəcəklər: "Azərbaycan dövləti Avropa oyunlarını ən yüksək səviyyədə təşkil edəcək. Gələcəkdə onun nümunəsinə müraciət edəcəklər. ABŞ-ın maraqları Azərbaycan ilə bərabərhüquqlu əməkdaşlığı tələb edir. Yanlış yoldan imtina edib, düzgün yola qayıtmaqda fayda var".
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


