Ali məktəblərə ərizə qəbulu başa çatır

Ali məktəblərə ərizə qəbulu başa çatır
  30 Aprel 2015    Oxunub:1668
Ərizə qəbulu başa çatır.
Təlbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün (I, II, III və IV ixtisas qrupları üzrə) ərizələrin qəbulu bu gün başa çatır.

Elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər ərizələrini bu gün saat 17:00-dək təsdiq elətdirə bilərlər.

Elektron ərizələrini özləri təsdiq edən abituriyentlər isə ərizələrini bu gün saat 23:59-dək təsdiq edə bilərlər.

Ərizələri təsdiq olunmayan, həmçinin ərizə təqdim etməyən abituriyentlər qəbul imtahanına buraxılmayacaqlar.


Teqlər:  



Xəbər lenti