Nazir sərt danışdı: `İnsanları aldatmaq olmaz`

Nazir sərt danışdı: `İnsanları aldatmaq olmaz`
  30 Aprel 2015    Oxunub:2526
“Apteklərdə əhaliyə keyfiyyətsiz dərmanlar satılmamalıdır”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev dərman vasitələrinin keyfiyyətinə nəzarətin daha da gücləndirilməsi və bu sahədə ortaya çıxan digər probtemlərin araşdırılması, aradan qaldırılması məqsədi ilə keçirdiyi iclasda deyib.

Nazir bildirib ki, ölkəmizə gətirilən və əhaliyə satılan dərman prepalatlarının keyfiyyətinə nəzarət sahəsində müəyyən çalışmazlıqlar var.

Nazir həmçinin dərman vasitələrinin keyfiyyətinə nəzarətin daha da gücləndiriləcəyini qeyd edib.

“Azərbaycana keyfiyyətsiz dərmanların necə və hansı mənbədən gəldiyi müəyyənləşdirilməli, belə halların qarşısı alınmalıdır. Təəssüf ki, bəzi insanlar xarici ölkələlə gedərkən özlərinə və ya yaxınlarına lazım olan dərman preparatlarını oradan alıb gətirirlər. Ona görə yox ki, həmin ölkələrdə dərmanlar daha ucuzdur. Çünki insanlar Avropa ölkələrindən aldıqları dərmanlann təsirinin Azərbaycanda satılanlardan daha effektli olduğuna və onların keyfiyyətinə inanırlar. Bu sahədə işimizi daha da möhkəmləndirməliyik ki, belə hallarla qarşılaşmayaq”.

O.Şirəliyev bu sahədə problemlərin aradan qaldırılması üçün işin iki istiqamətdə qurulmasının zəruriliyini qeyd edib: “İlk istiqamət ölkəyə gətirilən bütün dərman preparatlarının laboralor tədqiqatının yüksək səviyyədə həyala keçirilməsidir. Ekspertiza Mərkəzində dərmanların kimyəvi tərkibi yoxlanılır. Ancaq onların bioekvivalent gücünü, təsirini öyrənmək çox mürəkkəb məsələdir. Həmin tədqiqatın apanlması üçün böyük vəsait lazımdır, ancaq bu məsələnin də həlli yolunu tapacağıq. İkinci istiqamət isə dərmanlann keyfiyyətinə yerlərdə nəzarətin gücləndirilməsidir. Biz çalışacağıq ki, Analilik Ekspertiza Mərkəzinin işçilərinə ölkəmizdə fəaliyyət göslərən 700-ə qədər aptekin hər birində dərmanların keyfiyyətini araşdırmaları üçün imkan yaradılsın. Keyfiyyətsiz dərmanların ölkəmizə necə və hansı mənbədən gəldiyi müəyyənləşdirilməli, belə halların qarşısı alınmalıdır. Azərbaycanda da Avropa ölkələrində olduğu kimi ən keyfiyyətli dərmanlar satılmalıdır. Bunun üçün hər cür imkanlarımız da var”.

Nazir deyib ki, dərman preparatlarının qiymətinə nəzarət sahəsində problemlər qısa müddətdə həll ediləcək.

O.Şirəliyev çıxışında dərman preparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənəcəyini, bu istiqamət üzrə vahid qiymət siyasətinin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti