Nepaldakı azərbaycanlılar ölkəyə gətirilir
Bu barədə AzVision.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov deyib.
Nazirlik rəsmisinin sözlərinə görə, Nepalda yaşayan azərbaycanlılar təyyarə vasitəsi ilə ölkəyə qayıdacaqlar:
“Həmin təyyarə ilə təbii fəlakət zonasında olan azərbaycanlıların təxliyə edilərək ölkəyə çatdırılması həyata keçiriləcək”.
Bildirək ki, prezident İlham Əliyevin göstərişi ilə aprelin 29-da FHN Azərbaycan hökuməti adından Nepalda baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım göndərib.
FHN-ə məxsus “BE-200ÇS” tipli təyyarə ilə yola salınan humanitar yardıma 1 tona yaxın müxtəlif dərman və tibbi ləvazimat, xeyli sayda çadır, ədyal və qablaşdırılmış içməli su daxildir.
Xatırladaq ki, aprelin 25-də Nepalda baş verən güclü zəlzələnəticəsində ölənlərin sayı 6 mini ötüb.
Nepalda 6-sı uşaq olmaqla 14 Azərbaycan vətəndaşı yaşayır. Aprelin 25-də baş vermiş zəlzələ nəticəsində azərbaycanlılardan azyaşlı uşaq xəsarət alıb, lakin indi onun vəziyyəti normal olaraq qiymətləndirilir.
Hafiz Əhmədov
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


