Xaricdə oxumaq istəyənlərin işi çətinləşir
Nazirlik rəsmisi bildirib ki, ötən il dövlət proqramı çərçivısində 573 tələbə xaricdə təhsil almaq hüququ qazanıb:
`Dövlət proqramının son müsabiqəsi dedikdə, biz növbəti mərhələni düşünməliyik. Çünki Azərbaycan 2020-ci il İnkişaf Konsepsiyasına uyğun olaraq yeni dövr proqramının hazırlanması nəzərdə tutulub. Bu dövlət proqramında ölkədə tələbatda olan ixtisaslar üzrə kadrların xaricdə təkminləşdirilməsi nəzərəd tutulur. Yəni baytarlıq, kənd təsərrüfatı, iqtisadiyyatı kimi ixtisaslar üzrə xaricdə təhsil almaq imkanı qazanacaqlar.
Amma bundan əlavə ilk dövlət proqramı davamı olaraq saxlanılacaq kampaniyadır. Bundan əlavə bizdə əcnəbi müəllim və professor heyətinin ali təhsil müəssisələrinə cəlb olunması nəzərdə tutulur. Hazırda həmin layihə hökumətə təqdim olunub.
Gültəkin Ələsgər







Vaxtında, Aydın, Lazımlı!


