Jurnalist olmaq istəyənlər üçün son gün

Jurnalist olmaq istəyənlər üçün son gün
  30 Aprel 2015    Oxunub:1796
TQDK “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentlərinin qeydiyyatı aprelin 30-da başa çatır. Həmin abituriyentlər elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra eservices.tqdk.gov.az/erizebak internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirəcəklər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.


Teqlər:  



Xəbər lenti