`Çirkin kampaniya aparırlar` - Kerri qalmaqalına münasibət

`Çirkin kampaniya aparırlar` -  Kerri qalmaqalına münasibət
  30 Aprel 2015    Oxunub:2235
“Təşkilatlanmış erməni lobbisi və onların havadarları Azərbaycana qarşı çox çirkin kampaniyanı həyata keçirmək istəyirlər”.
Bunu AzVision.az-a açıqlamasında ABŞ-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Asim Mollazadə deyib.

ABŞ dövlət katibi Con Kerrinin Azərbaycana qarşı kampaniya aparmasına dair qalmaqala münasibət bildirən deputat qeyd edib ki, uzun illərdir erməni diasporası, lobbiçiliklə məşğul olan təşkilatları ilə yanaşı, ABŞ konqresində, senatında və bu gün hakimiyyətdə təmsil olunan bəzi şəxslər də bu prosesə təkan verir və onu canlandırmağa çalışır: “Bu proseslərdə mənfi amillərdən biri də ondan ibarətdir ki, bu tək Azərbaycana olan zərbələr deyil, eyni zamanda ABŞ-ın milli təhlükəsizlik maraqlarına olan zərbələrdir. Çünki Azərbaycan ABŞ-ın etibarlı tərəfdaşıdır. Azərbaycanın ABŞ-la antiterror koalisiyasının fəal üzvü kimi birgə fəaliyyəti və enerji sahəsində əməkdaşlığı var. Azərbaycana qarşı aparılan çirkin kampaniya eyni zamanda dolayı yolla ABŞ-a qarşı da yönəlib”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti