DYP işçi axtarır, amma bir şərtlə...

DYP işçi axtarır, amma bir şərtlə...
  30 Aprel 2015    Oxunub:7048
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi yol patrul xidməti inspektoru (sıravi və kiçik rəis heyəti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
İdarədən AzVision.az-a verilən məlumata görə, müsabiqədə Silahlı Qüvvələrdə həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, Bakı şəhərində qaimi qeydiyatda olan, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan, boyu 180 santimetrdən yuxarı olan düzgün bədən quruluşlu və idman cüssəli, avtomobil nəqliyyatına aid olan orta-texniki və ya ali təhsilli, sürücülük vəsiqəsi olan (avtomobili 5 il müddətində idarə etməsini təsdiqləyən müvafiq sənəd təqdim etdikdə, yaxud sürücü kimi 3 il əmək stajına malik olduqda) və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər:

- şəxsiyyət vəsiqəsi

- təhsil haqqında sənədin əsli

- hərbi bilet (kişilər üçün)

- əmək kitabçası (olanlar üçün)

- sürücülük vəsiqəsi

- sertifikat (kompyuter kursunu keçməsi barədə)

Təqdim olunan sənədlər əsasında namizədin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır. Namizədlər yol hərəkəti qaydaları üzrə nəzəri və praktiki biliklərin yoxlanılmasına cəlb olunurlar. Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunan normativlər üzrə müvafiq komissiyalar tərəfindən yoxlanılır.

Fiziki hazırlıq səviyyəsinin normativləri:

- Qaçış

100 (yüz) metr - 15.00 saniyə,

1000 (min) metr - 4.00 dəqiqə

Müsabiqə üçün sənədlər Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin inzibati binasında (Bakı şəhər Badamdar qəsəbəsi, Mikayıl Müşviq küçəsi Kənar dairəvi yolun kəsişməsi) 2015-ci ilin may ayının 1-dən 30-dək hər gün (şənbə və bazar günlərindən başqa) saat 10-dan 17-dək qəbul olunur. Əlaqə telefonu : 590-21-65, 590 21 66.

AzVision.az


Teqlər:  





Xəbər lenti