`Azərbaycanın güclənməsini istəmirlər`- Vitse-spiker

 `Azərbaycanın güclənməsini istəmirlər`- Vitse-spiker
  30 Aprel 2015    Oxunub:1638
“Bir çox beynəlxalq dairələr bu regionda çox ciddi, müstəqil və öz ayaqları üstündə dayana bilən möhkəm dövlət olmasını istəmirlər”

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

Vitse-spiker beynəlxalq təşkilatların Azərbaycana qarşı nümayiş etdirdiyi mövqedən söz açaraq qeyd edib ki, ölkəmizə qarşı ikili standartlar davam edir.

“İkili standartların gələcəkdə də mövcud olacağına heç bir şübhəm yoxdur. Çünki Azərbaycanın yerləşdiyi region, resusları, geosiyasi və geostarteji əhəmiyyəti beynəlxalq güclərin diqqət mərkəzindədir. Bir çox beynəlxalq dairələr bu regionda çox ciddi, müstəqil və öz ayaqları üstündə dayana bilən möhkəm dövlət olmasını istəmirlər. Çünki bu onların maraqlarında deyil.

Bəzən bizə sual veririlər ki, nəyə görə, beynəlxalq dairələr, dünya ictimaiyyəti Azərbaycana qarşı belə mövqe nümayiş etdirir?

Soruşurlar ki, bunun günahı bizim özümüzdə deyilmi?

Beynəlxalq dairələrin Xocalı faciəsini, Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsini, bir milyondan artıq azərbaycanlının öz evindən uzaqda didərgin halda yaşamasını nəzərə almadan, bunun üzərindən sükutla keçərək, 100 il bundan əvvəlki hadisələri gündəmə gətirərək siyasi alətə çevirməyə nə haqqları var? Həmin dairələr bütün bunları pərdələmək istəyirlər”.

B.Muradova daha sonra qeyd edib ki, Azərbaycan öz haqqlı mövqeyindən heç vaxt dönməyəcək: “Biz bunların hansı dairələrdən qaynaqlandığını və hansı maraqlara xidmət etdiyini yaxşı bilirik. Ona görə Azərbaycan qarşısına güclü olmaq hədəfini qoyub. Öz mövqeyimizdə israrlı və qətiyyətli olmalıyıq, beynəlxalq hüququn prinsiplərinə istinad etməlik, düzgün mövqeydə olmalıyıq.

Azərbaycan bunu özünə qətiyyən rəva bilmir. Beynəlxalq dairələrin mövcud yanaşmalarının mənbəyində bunlar dayanır. Hər şeyi açıq aşkar söyləmək lazımdır.

Bəzən deyirlər ki, Azərbaycan dünyaya müharibə elan edib. Biz dünyaya müharibə elan etməmişik. Biz Azərbaycana qarşı qeyri-obyektiv, qərəzli mövqe tutan dairələrə yalnış yolda olduqlarını başa çalmağa çalışırıq. Biz onlara deyirik ki, hərəkətlərini pərdələməsinlər. Belə etsələr biz də bilərik ki, kiminlə, hansı mövqedə və münasibətdə olmalıyıq”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti