TQDK imtahanı keçirəcək
İmtahan may ayının 2-də saat 08.30-da TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1A ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
İmtahanın müddəti 3 saat 45 dəqiqədir (fasilələrsiz). İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.
TQDK tərəfindən növbəti SAT imtahanının 2015-ci il iyun 6-da keçirilməsi nəzərdə tutulur. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və may ayının 9-u saat 09:00-dək davam edəcək. Qeydiyyatdan keçmək haqqında ətraflı məlumat üçün link: https://azvision.az/redirect.php?url=http://tqdk.gov.az/en/international-partnerships/sat/







Vaxtında, Aydın, Lazımlı!


